Football-plus.az xəbər verir ki, iyulun 21-də Cənubi Kiprin Larnaka şəhərindəki “AEK Arena”da baş tutan ilk matçın ertəsi günü bərpa məşqi edən komanda birgünlük fasilədən sonra – iyulun 24-də məşqlərə başlayıb.
Dünən növbəti hazırlıq prosesi “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutub. “Neftçi” azarkeşlərinin komandaya dəstəyi ilə keçən məşqdə əsasən toplu çalışmalar icra olunub.
“Neftçi” – “Aris” matçı iyulun 28-i saat 21.00-da “Bakcell Arena”da keçiriləcək.
















