"Neftçi"nin "Aris"lə oyunlarını bu kanal yayınlayacaq

15.07.2022 18:03 610
Konfrans Liqası
“Neftçi”nin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki oyunlarını yayımlayacaq telekanal müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, “Aris” (Limassol) ilə hər iki matçı “CBC Sport” vasitəsilə canlı izləmək mümkün olacaq.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 21-i Bakı vaxtı ilə saat 21.30-da “AEK Arena”da, cavab görüşü isə iyulun 28-i saat 21.00-da “Bakcell Arena”da keçiriləcək.