"Makkabi"nin (Təl-Əviv) yeni transferi Eran Zahavi Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Zirə" ilə cavab oyununu da buraxacaq.
"Football-plus.az" yerli mətbuata istinadən xəbər verir ki, buna səbəb 35 yaşlı hücumçunun zədədən sonra hələ də komanda ilə birgə hazırlıqda iştirak etməməsidi.
Zahavi Bakıda baş tutan matçda da (3:0) iştirak etməmişdi.
İyulun 28-də Təl-Əvivdə keçiriləcək "Makkabi" - "Zirə" görüşü Bakı vaxtı ilə saat 21.30-da başlayacaq.