"Zirə"nin rəqibi məşhur hücumçunu transfer etdi

26.06.2022 21:31 453
Konfrans Liqası
Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Makkabi" heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" saytının məlumatına görə, Tel-Əviv təmsilçisi Eran Zahavini transfer edib. Bu haqda klubun mətbuat xidməti xəbər yayıb.

Qeyd edək ki, Eran Zahavi 2020-ci ilin iyununda PSV-də çıxış edirdi.