"Sürix"də ciddi itki: "Qarabağ"la matçda meydana çıxması sual altındadı

25.07.2022 13:41 966
Manşet / Konfrans Liqası
“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Sürix” ciddi itki ilə üzləşib.

Football-plus.az xəbər verir ki, İsveçrə təmsilçisinin yarımmüdafiəçisi Blerim Dzemaili zədələnib.

Bu məlumatı klubunun baş məşqçisi Franko Foda verib. Çalışdırıcı bildirib ki, ulduz futbolçu ölkə çempionatının 2-ci turunda “Lütsern”lə qarşılaşmada ayağından xəsarət alıb:

“Dzemaili oyundan sonra mənə əzələsində ağrılar hiss etdiyini dedi. Onun “Qarabağ”la cavab matçında iştirakı sual altındadı. Vəziyyətinin nə dərəcədə ciddi olduğunu müayinədən sonra biləcəyik”.