“Pittsbuq” MHL-də çıxış edənlər arasında ən yaşlı klubdu. Komandada orta yaş həddi 30-a bərabərdi. Bu hesablama 2022/23 mövsümündə iştirak ərizəsinə düşəcək 20 hokkeyçiyə əsasən aparılıb. Bu mənada 2-ci klub “Vaşinqton” (29,7 yaş), 3-cü klub isə “Tampa-Bey”di (29,1). Ən yaşlıların “top-5”inə “Sent-Luis” (28,8) və “Aylenders” (28,6) də düşüb.
Liqanın ən gənc klubları isə “Baffalo” ilə “Kolambus”du (25,9).