Bu yaşda bir çox adam təqaüdə çıxaraq dincəlsə də, o, işini davam etdirmək fikrindədi: “İşimə davam etmək ehtirasımdan irəli gəlir – avtoyarışların pərəstişkarıyam, idmanı və qalib gəlməyi sevirəm. Fəaliyyətim məni stressə salmır. Özümü yaxşı hiss edirəm və işdən çıxarılana qədər davam edəcəyəm”.
Mütəxəssis 2021-ci ildə Maks Ferstappenin qazandığı titulun niderlandlının karyerasının zirvəsi olub-olmaması haqda suala belə cavab verib:
“Bəli, “Mersedes”in 2014-cü ildən bəri davam edən dominantlığına son qoya bildik. Bu illər ərzində bir çox çətinliklə üzləşmişik. “Honda” rəqabətədavamlı mühərrik yaratmaq üçün çox səy göstərdi və sonda biz gənc sürücülər proqramımızın üzvü olan şəxslə titul qazandıq. Maks yeddiqat dünya çempionunu üstələyib. Təbii ki, bu ən böyük an idi”.

