Yan Oblak “Atletiko”nun qapısını hələ çox qoruyacaq.
"Football-plus.az" xəbər verir ki, o, tezliklə Madrid klubu ilə yeni müqavilə imzalayacaq.
“Marka” qəzetinin xəbərinə görə, tərəflər artıq bütün şərtlərlə bağlı razılıq əldə edib. “Atletiko” rəhbərliyi gələn həftə sloveniyalı oyunçu ilə müqavilənin yenilənməsini rəsmən elan edəcək. Yeni anlaşmaya əsasən 29 yaşlı qapıçının illik maaşı 10 milyon avrodan 12 milyona yüksələcək.
Oblak komandada 2014-cü ildən çıxış edir. Onun hazırkı müqaviləsinin müddəti 2023-cü ilin iyununa qədər nəzərdə tutulub.