Rus və belaruslu tennisçilər qarşısında sərt tələb

3.04.2022 22:00 463
İdman
“The Sun” Uimbldon turnirinə qatılmaq istəyən Rusiya və Belarus tennisçilərinin qarşısına şərt qoyulduğu haqda xəbər yayıb.

Belə ki, bu ölkələrdən olan tennisçilər Rusiya və Belarus ilə əlaqələrinin olmaması haqda bəyannamə imzalamalıdılar.

Adı çəkilən qaynağa inansaq, Böyük Britaniyanın idman naziri Naycel Haddlston bu tələbi müvafiq orqanlarla müzakirə edib. Nazirin fikirləri:

“Ruslar və belaruslular Böyük Britaniya ərazisində keçirilən turnirlərdə iştirak etmək istəyirlərsə, həqiqətən müstəqil və neytral olmalıdılar. Onların Rusiyadan və Belarusdan heç bir vəsait almamaları ilə bağlı yazılı təsdiq istəyirik. Həmçinin bizə tennisçilərin Rusiyaya və Belarusa dəstək xarakterli fikirlər söyləməyəcəyinə dair qəti təminat lazımdı”.


Nazir onu da əlavə edib ki, “Uimbldon”un təşkilatçıları vaxtında bu təminatları almayacağı halda, bu iki ölkədən olan tennisçiləri yarışa buraxmayacaqlar. Uimbldon turnirinin bu il 27 iyun – 10 iyul aralığında keçiriləcəyini də xatırladaq.