Macarıstan “Fehervar”ı Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Qəbələ"yə qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsi müəyyənləşib.
Football-plus.az xəbər verir ki, baş məşqçi Mixael Boris siyahıya 21 oyunçu daxil edib.
qapıçılar - 1. Daniel Kovaç, 42. Emil Rokkov;
müdafiəçilər - 4. Adrian Rus (Rumıniya), 5. Attila Fiola, 11. Loik Neqo, 13. Artyom Şabanov (Ukrayna), 22. Stopira (Kabo-Verde), 26. Mixael Lüftner (Çexiya), 31. Nikola Serafimov (Şimali Makedoniya), 55. Marsel Heyster (Almaniya), 65. Silvester Hanqya;
yarımmüdafiəçilər - 6. Peter Pokornı (Slovakiya), 8. Yevgeni Makarenko (Ukrayna), 21. Ruben Pintu (Portuqaliya), 23. Pal Darda, 80. Boqdan Lednev (Ukrayna), 94. Klaudiu Bumba (Rumıniya);
hücumçular - 7. İvan Petriak (Ukrayna), 9. Budu Zivzivadze (Gürcüstan), 19. Kenan Kodro (Bosniya və Herseqovina), 70. Funşo Bamqboye (Nigeriya).