Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.
"Football-plus.az" xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Jezef De Souza zədələnib. Braziliyalı futbolçu əməliyyat olunacaq və iki ay yarım yaşıl meydanlardan uzaq qalacaq.
Jozef De Souza 2020-ci ilin yayından "Beşiktaş"da çıxış edir. 33 yaşlı dayaq yarımmüdafiəçisi son mövsümdə "qara qartallar"ın heyətində meydana çıxdığı 40 matçda 5 qol vurub.