"Fənərbaxça" derbiyə ciddi itki ilə çıxacaq

6.05.2022 22:25 501
Dünya futbolu
"Fənərbaxça" Türkiyə Super Liqasının 36-cı turunda "Beşiktaş"ın qonağı olacaq.
"Football-plus.az" xəbər verir ki, "sarı-lacivərtlilər" İstanbul derbisinə ciddi itki ilə çıxacaq. Müdafiəçi Kim Min Je zədə səbəbindən vacib oyunda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, "Beşiktaş" - "Fənərbaxça" qarşılaşması 8 may tarixində, Bakı vaxtilə saat 20:00-da baş tutacaq.