"Aris"dən daha bir transfer

20.06.2022 17:36 500
Konfrans Liqası
“Aris” növbəti transferini həyata keçirib.

"Football-plus.az" klubun saytına istinadən xəbər verir ki, Kipr təmsilçisi Marvin Peersmanı heyətinə qayıb. Belçikalı sol cinah müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, M.Peersmanın son klubu Yunanıstanın PAS klubu olub.

Xatırladaq ki, "Aris" Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşacaq.