"Zirə"nin rəqibində ayrılıq

18.07.2022 12:15 416
Konfrans Liqası
"Makkabi" (Təl-Əviv) daha bir futbolçusunu icarəyə verib.

Football-plus.az xəbər verir ki, Ronen Hanzis cari mövsümdə "Beytar"da oynayacaq. Bu məlumatı İsrail mətbuatı yayıb.

Təl-Əviv klubu 20 yaşlı vingerinin mövsümün sonuna qədər Yerusəlim təmsilçisində oynamasına icazə verib.

Qeyd edək ki, Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə” “Makkabi” ilə qarşılaşacaq. ilk oyunu iyulun 21-də Bakıda, cavab görüşü isə ayın 28-də səfərdə baş tutacaq