"Qarabağ"ın yeni transferinin dəyəri bəlli oldu

18.07.2022 10:00 890
Premyer-liqa
"Qarabağ"ın yeni transferi Julio Romao üçün Portuqaliya "Santa Klara"ya ödədiyi məbləğ bəlli olub.

Football-plus.az xəbər verir ki, Ağdam təmsilçisi yarımmüdafiəçi üçün təxminən 200-300 min avro xərcləməli olub. Bu məlumatı Portuqaliyanın "record" nəşri yayıb.

Qeyd edək, "Qarabağ" 24 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalayıb.