Artıq Marselo Brozoviçlə bağlı şayiələrə birdəfəlik son qoyulub.
“İnter” aparıcı futbolçularından biri ilə müqaviləni yeniləyib.
Klubun rəsmi saytının məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi ilə anlaşmanın müddəti 2026-cı ilədək uzadılıb. Yerli Jurnalist Fabritsio Romano onun yeni müqaviləyə əsasən ilə 6 milyon avro maaş alacağını xəbər verib. Brozoviç “İnter”də 2015-ci ildən oynayır. O, bu mövsüm milanlılarla bütün turnirlərdə 37 oyunda meydana çıxıb və 1 qol vurub.