Vaqner Lav karyerasını harda bitirmək istəməsinə aydınlıq gətirib.
Football-plus.az xəbər verir ki, “Sabah”ın maraq dairəsində olan 38 yaşlı forvard Braziliya mətbuatına açıqlama verib:
“Mən azad agentəm. Şübhəsiz ki, Braziliya futboluna qayıtmaq istəyirəm. Mənə bir neçə təklif olub, amma konkret bir şey yoxdu. Əgər imkan olsaydı, karyeramı “Korintians” və ya “Flamenqo”da başa vurmağa şad olardım. Bu Braziliyanın, bəlkə dünyanın iki ən böyük klubudu. Mənim 38 yaşım var. Amma hələ də gücüm çoxdu. Sadəcə, məni meydana buraxın və görəcəksiz ki, gücüm çoxdu”.