“Napoli”də Kalidu Kulibali ilə bağlı narahatlıq arxada qalıb.
Komandanın aparıcı müdafiəçisinin “Barselona”ya keçmək ehtimalı vardı. Lakin seneqallı futbolçu iş yerini dəyişməməyə qərar verib. Onun bu qərarı rəhbərliyi də sevindirib. Belə ki, əks halda komanda baş məşqçi problemi ilə də üzləşə bilərdi. Məsələ ondadı ki, Luçano Spalletti Kulibali gedəcəyi halda postunu tərk edəcəyini bidirmişdi.