Son günlər “Mançester Yunayted”i bu yay tərk edəcəyi haqda xəbərlərə səbəbkar olan Kriştiano Ronaldo futboldankənar işləri ilə bağlı qərar verib.
Ulduz futbolçu “Gulfstream G200” markalı şəxsi təyyarəsini satışa çıxarıb.
37 yaşlı portuqaliyalı təyyarə üçün 20 milyon funt sterlinq qazanmaq istəyir. Xatırladaq ki, Kriştiano bu nəqliyyat vasitəsini 2015-ci ildə məhz 20 milyon funt sterlinqə alıb. Təyyarənin maksimal sürəti saatda 560 mildi. Ronaldo onda tez-tez ailəsi ilə səfərlərə çıxır, həmçinin təyyarəni saatı 5 min funt sterlinqdən 8,5 minə qədər qiymətə icarəyə verirdi. Lüks təyyarə 2011-ci ildə istehsalı sona çatanadək cəmi 250 model istehsal edilib. Təyyarədə faks, telefon, elektrik sobası, mikrodalğalı soba, soyuducu, əyləncə zonası, dəbdəbəli yemək otağı və divan sahəsi var.
Ronaldo “Gulfstream G200”ü sərnişinlər üçün daha çox oturacağı olan model almaq istədiyi üçün satmaq qərarına gəlib