Millimizin üzvü "Vulverhempton"un diqqətində

5.05.2022 12:53 751
Ölkə futbolu
"Vulverhempton" "Tondela"ya icarəyə göndərdiyi Azərbaycan millisinin üzvü Renat Dadaşovu diqqətdə saxlayır.

"Football-plus.az" xəbər verir ki, İngiltərə təmsilçisinin 9 skautu Portuqaliya çempionatının 32-ci turunda keçirilən "Pakoş Ferreyra" - "Tondela" matçını (1:1) izləyib. Skautların konkert hansı futbolçular üçün Portuqaliyaya getdiyi barədə məlumat verilməyib. Ancaq klubun nümayəndələri "Tondela"ya icarədə olan Dadaşovun da oyununa baxmaq istəyib. Millimizin üzvü sözügedən görüşün 85-ci dəqiqəsində meydana çıxıb.

"Vulverhempton"la 2023-cü ilin yayınadək müqaviləsi olan R.Dadaşov bu mövsümüm əvvəlindən icarə əsasında "Tondela"da oynayır.