• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

PSJ Neymarla Messini satmaq istəyir?! – Təhlil

Dünya futbolu

2-07-2022, 21:0

PSJ-də bu yay az-çox dəyişikliklərin olacağı ilə bağlı hələ sön mövsümün gedişində səslənən ehtimallar doğrulmaq üzrədi.

Sözsüz, əsas yerdəyimə kimi baş məşqçi vəzifəsini göstərmək lazımdı. Parislilərin sıralarını artıq bir neçə oyunçu tərk edib, Fransa paytaxtına gələnlər də var.

Amma klubdan gedənlər sırasında Leonardonun iyunda idman direktoru postunu tərk etməsini ilk növbədə xatırlatmalıyıq. Məhz onun yerini tutan Luiş Kampuşun inadkarlığı baş məşqçi vəzifəsindən uzaqlaşdırılacağı çoxdan bəlli olan Maurisio Poçettinonun yerinə Kristof Qaltyenin təyinatı təsdiqlənmişdi. Bir neçə gün əvvəl “Nitsa”nı tərk edən təcrübəli mütəxəssisin paytaxt komandasına təyinatı zaman məsələsi hesab edilir. Yerli mənbələr PSJ-nin yeni baş məşqçisinə görə “Nitsa”ya 5 milyon avro təzminat ödəyəcəyini bir neçə gün əvvəl xəbər verib. 55 yaşlı mütəxəssisin parislilərlə “2+1 il” sxemi üzrə anlaşdığı məlumdu. PSJ-nin hazırkı çalıdırıcısı Maurisio Poçettinoya müqavilənin vaxtından əvvəl pozulmasına görə ödəyəcəyi təzminatın məbləği isə uzun müddət qaranlıq qalırdı. “Ekip” qəzetinin bir neçə gün əvvəlki xəbərində argentinalı mütəxəssisin müqavilənin ləğvinə görə 15 milyon avro təzminatdan başqa 2 milyon avro bonus ödənilməsini tələb etdiyi bildirilmişdi. Qeyd edək ki, bu bonus Poçettino və onun köməkçilərinə PSJ-də qalacaqları halda çatacaqdı. Lakin rəhbərlik onlara təzminatdan başqa hər hansı ödəniş etmək istəmirdi. Qaltyenin PSJ-yə təyinatı məhz bu planda anlaşılmazlığa görə yubanırdı. Nəhayət, tərəflər razılığa gəliblər. Maraqlıdı ki, “Ekip” son xəbərində Poçettinoya yalnız 10 milyon avro təzminat ödəniləcəyini qeyd edir. Komandanı ötən mövsüm Liqa 1-də çempionluğa daşıyan argentinalının müqaviləsinin müddəti 2023-cü ilin yayına qədər nəzərdə tutulurdu. Hər necə olsa, artıq Qaltyenin PSJ-yə təyinatına mane ola biləcək səbəb qalmayıb.

Rəhbərlik eyni zamanda transfer əməliyyatlarını davam etdirir. Alfons Areola “Vest Hem”i tərk etməyəcək. London klubu fransız qapıçını daimi əsasda sıralarında saxlayıb. Bunun üçün PSJ-yə 12,8 milyon avro ödənilib. 29 yaşlı futbolçu “çəkicdöyənlər”lə “5+1 il” sxemi üzrə müqavilə bağlayıb. Areola son mövsümdə “Vest Hem”in qapısını icarə əsasında bütün turnirlərdə 18 oyunda qoruyub.

Xavi Simons da artıq PSJ-nin oyunçusu deyil. Liqa 1-in son mövsümündə 6 oyun keçirən 19 yaşlı niderlandlı yarımmüdafiəçi karyerasını vətənində davam etdirəcək. Onun transfer hüququna PSV sahib olub. Fransa çempionunu azad agent kimi tərk edən Simons eyndhovenlilərlə 5 illik müqavilə bağlayıb.

Paris klubuna yeni oyunçu da qoşulub. PSJ ilə “Portu” arasında aparılan danışıqlar müsbət nəticələnib. Portuqaliya klubunun oyunçusu Vitinya Parisə yollanıb. Fransa nəhəngi yarımmüdafiəçiyə görə 40 milyon avro ödəyib. Vitinyanın PSJ ilə imzaladığı müqavilə 5 illiyə nəzərdə tutulub. “Portu”nun yetirməsi olan Vitinya ötən mövsüm bütün turnirlərdə 47 oyunda meydana çıxıb, artıq sabiq komandasına 4 qol və 5 məhsuldar ötürmə ilə faydalı olub.
Renato Sanşeş də karyerasını PSJ-də davam etdirəcək. “Le Parisien” qəzetinin yazdığına görə, “Milan”ın da sıralarına qatmağa çalışdığı “Lill”in yarımmüdafiəçisi Fransa nəhənginə 10 milyon avroya başa gələcək.

Əlbəttə, diqqəti daha çox cəlb edən xəbər Neymarla bağlıdı. Rəhbərliyin transferə çıxarmağı planlaşdırdığı ulduz futbolçunun adı “Yuventus”dan sonra İtaliyanın daha bir klubu ilə birgə hallanır. “Milan” braziliyalı hücumçunu heyətinə qatmaq istəyir. Fransa mənbələrinin məlumatına görə, İtaliyanın son çempionu 30 yaşlı oyunçu üçün parislilərə təklif göndərməyə hazırlaşır. “Milan”ın yeni sahibləri hesab edirlər ki, belə səs-küylü transfer klubun yenidən yüksək səviyyəyə qayıtması ilə bağlı dünya futboluna mesaj olacaq. Amma problem ondadı ki, milanlıların Neymarın maaşını tam şəkildə ödəmək imkanı yoxdu. Lakin İtaliya nəhəngi keçidi reallaşdırmaq üçün PSJ-nin güzəştə gedəcəyinə ümid edir. Məlum səbəbdən Neymarın gələn mövsüm üçün icarəyə götürülməsi daha inandırıcı görünür. “Milan”ın yeni sahibləri braziliyalıya ildə təxminən 15-20 milyon avro maaş ödəyə biləcəklərinə inanırlar. Deməli, 30 milyon avroluq məvacibin qalan hissəsini parislilərin üzərinə götürəcəyinə ümid edirlər. Yeri gəlmişkən, Neymar ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə meydana çıxdığı 28 oyunda 13 qol vurub və 8 məhsuldar ötürmə edib.

Neymar kimi, Lionel Messinin də Parisdəki gələcəyi sual altına düşüb. Bunu iddia edən COPE radiostansiyasına inansaq, ulduz futbolçular klubun yeni inkişaf strategiyasına uyğun gəlmirlər. Yeni idman direktoru Kampuş ilə tezliklə baş məşqçi postuna keçəcək Qaltyenin planı daha az sayda ulduz futbolçunun olacağı rəqabətədavamlı komanda qurmaqdı. Odu ki, rəhbərlik Neymar ilə Messini mümkün qədər tezliklə satmağı düşünür. Lakin bu planın reallaşmaq ehtimalı heç də yüksək deyil. Maraq üçün Messinin debüt mövsümündə PSJ-nn formasında bütün turnirlərdə meydana çıxdığı 34 oyunda 11 qol vurub və 15 məhsuldar ötürmə etdiyini də xatırladaq.

Leandro Paredesin də yeni mövsümə Parisdə başlayacağı hələ dəqiqləşməyib. Doğrudu, onun müqaviləsindəki bənd artıq avtomatik qüvvəyə minib. Söhbət argentinalı yarımmüdafiəçinin sözləşməsinin birilliyə yenilənməsindən gedir. “Ekip” qəzeti buna baxmayaraq, onun bu yay komandanı tərk ehtimalının qaldığını yazıb. Bu mənbəyə görə, Paredes “Mançester Yunayted”, “Yuventus”, “İnter” və “Monako”nun maraq dairəsindədi. Özü Parisdə qalmaq istəyir, amma rəhbərlik ona görə gələcək əlverişli təklifi müsbət cavablamağa hazırdı.

Bu yay komandanı Presnel Kimpembenin tərk etmək ehtimalı da var. Bəzi mənbələr PSJ-nin “Yuventus” və “Çelsi”nin maraq dairəsində olan müdafiəçiyə 50 milyon avro qiymət qoyduğunu xəbər verir.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

30-06-2022, 19:0

“Nitsa”dan ayrılan Qaltyenin PSJ-yə təyinatı niyə yubanır?

Dünya futbolu

28-06-2022, 23:0

Favr “Nitsa”ya qayıtdı, Qaltye isə Parisə yollanır

Dünya futbolu

21-06-2022, 22:0

Poçettinonun yerini kim tutacaq?

Dünya futbolu

5-06-2022, 20:0

Poçettinonun yerini kim tutacaq?

Dünya futbolu

25-06-2022, 20:0

Poçettinonun tələbi Qaltyenin təyinatını yubadır

Dünya futbolu

27-04-2022, 09:0

PSJ rəhbərliyi baş məşqçi haqda qərarını verdi

Aktual
KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
"Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
“Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
“Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
“Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
Son xəbərlər
  • Dünən, 23:57
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 23:26
    Erməni güləşçilər Bakıya gələcək
  • Dünən, 23:19
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 23:00
    "Çox keyfiyyətli oyunçular transfer etmişik" - Valdas Dambrauskas
  • Dünən, 22:29
    "Müdafiə olunmağa məcbur idik" - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    "Sabah"dan minimalhesablı qələbə - YENİLƏNİB
  • Dünən, 20:11
    ''Aston Villa''nın sabiq ulduzu Duranın geri dönməsini istəmir
  • Dünən, 19:40
    KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
  • Dünən, 19:20
    "Sabah" - KuPS: START HEYƏTLƏRİ
  • Dünən, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Dünən, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
  • Dünən, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Dünən, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
  • Dünən, 17:37
    ''Qalatasaray''ın həbsdə olmuş futbolçusuna iki təklif gəlib
  • Dünən, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Dünən, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Dünən, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Dünən, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Dünən, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Dünən, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Dünən, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Dünən, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Dünən, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Dünən, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Dünən, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Dünən, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Dünən, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Dünən, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Dünən, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Dünən, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Dünən, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • 20-07-2026, 23:0
    Doğma klubuna qayıtdı
  • 20-07-2026, 22:0
    Klubu ilə yenidən anlaşdı
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 229
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 185
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 161
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə