Davit Volkov “Zirə”nin heyətində premyer-liqada 40-cı qolunu vurub.
"Football-plus.az" xəbər verir ki, o, Misli premyer-liqasının 9-cu turunun “Sumqayıt”la ev matçında (3:2) fərqlənib. Gürcüstanlı hücumçu 121-ci oyununda “40”a çatıb. Onun orta məhsuldarlığı 0,33-ə bərabərdi.
Volkov ölkə çempionatları tarixində yüksək liqada eyni klubda 40 və daha çox qol vuran 30-cu futbolçu olub. O, Fernando Peres (“Bakı”) və Mehman Allahverdiyevlə (“Kəpəz”) eyni göstəriciyə malikdi. Rekord isə “Qarabağ”da 109 dəfə fərqlənən Müşfiq Hüseynova məxsusdu.
Volkov "Zirə"də 40-cı qolunu vurdu
Ölkə futbolu





