"Qalatasaray" PSJ-nin yarımmüdafiəçisini istəyir

22.06.2022 11:08 396
Dünya futbolu
Türkiyənin "Qalatasaray" klubu yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır.

"Football-plus.az" xəbər verir ki, İstanbul təmsilçisi PSJ-nin futbolçusu İdrissa Qeyenin xidmətində maraqlıdı.

"Sarı-qırmızılar" 32 yaşlı yarımmüdafiəçi üçün Paris klubuna 5 milyon avro ödəməyə hazırdı. Fransa təmsilçisi ilə 1 illik müqaviləsi olan seneqallı oyunçu "Qalatasaray"da oynamağa isti yanaşır.

İdrissa Qeye başa çatan mövsümdə PSJ-nin heyətində meydana çıxdığı 33 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.