• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Amit Quluzadə perspektivi yox, qazancı düşünür - MÜSAHİBƏ

Ölkə futbolu

20-06-2022, 20:0

Vaxtilə perspektivli gənclərdən sayılan, bir neçə ölkədə legioner həyatı yaşayan millimizin sabiq üzvü Amit Quluzadə hazırda Avstriyada oynayır.

Özü də həvəskarların yarışında. Dünən onunla bu və başqa mövzular haqda söhbətləşdik.

- Azərbaycan premyer-liqasıyla yanaşı, Portuqaliya, Türkiyə, Yunanıstan, Bosniya və Hersoqovina, Kosovo, Moldova çempionatlarında çıxış etmisən. Necə oldu ki, birdən-birə Avstriya regional liqasında oynamağa qərar verdin?

- Moldovadan qayıdandan sonra bir müddət futbolsuz qaldım. Vaxtilə Bosniyada tanıdığım məşqçi Avstriyada oynayıb formamı bərpa etməyi təklif etdi. "Ştadl Paura"dan öncə Asiya klublarından təklif almışdım. Hətta onlardan biriylə şifahi razılığa da gəlmişdik. Qalırdı müqavilə bağlamaq. Sadəcə, Avropada oynamağı üstün tutdum və "Ştadl Paura" ilə 6 aylıq müqavilə bağladım.

- Regional liqada oynamağı karyeran üçün eniş saymırsan?

- Regional liqa deyib, buranı zəif bilməyin. Əslində çıxış etdiyim çempionat həm də Avstriyanın 3-cü liqası sayılır. Burda çox güclü rəqabət var. Bizdən fərqli Avstriyada kubok oyunları olduqca gərgin mübarizə şəraitində keçir. Bu mövsüm 3-cü liqanın 2 komandası bundesliqa klublarını mübarizədən kənarlaşdırdı. Regional liqa, demək olar, 1-ci liqayla bərabər səviyyədədi.

- Mövsüm ərzində 5 oyunda 297 dəqiqə meydanda olmusan. Az şans qazanmağının səbəbi nədi?

- Əslində 5 oyunda 2 məhsuldar ötürmə də vermişəm. Görünür, bu məqam gözünüzdən yayınıb. Komanda gənc yerli futbolçulara daha çox şans verir. Mənə lazım olan formamı bərpa etməkdi ki, onu da etmişəm. Müqaviləmin müddəti bitib və hazırda azad agent statusundayam.

- Təkliflər var?

- Hazırda Avstriyanın 1-ci liqasında çıxış edən iki komandayla danışıq aparıram. Hər ikisi ölkənin köklü klublarındandı. Əslində müqavilə bağlayıb Bakıya gələcəkdim. Sadəcə, Avropa İttifaqına daxil olmayan ölkələrin futbolçularına görə xüsusi vergi təyin olunduğundan danışıqlar uzanır. Avstriya 1-ci liqasında çıxış etməyim üçün klub mənə görə 5800 avro ödəməlidi. Keçidimdə maraqlı olan klublar da müqavilə şərtlərində vergini özümün ödəməyimi istəyir. 18-19 yaşım yoxdu ki, ancaq perspektivi düşünüm. Maddiyyat da önəmlidi. Avstriya Avropanın ən bahalı ölkələrindən biridi. Vergini ödəsəm, xərclərimi qarşılaya bilməyəcəm. Klublardan biri vergi məbləğini ödəsə, Avstriyada karyerama davam edəcəm. Başqa variant isə Lüksemburqdandı. Bu ölkənin "Proqress" klubu məni sıralarına qatmaq istəyir. Sadəcə, komandada yeni məşqçi təyinatı gözlənilir. Bu məsələ aydınlaşsa, taleyimə aydınlıq gələcək. Ümumilikdə bir həftəyə bütün məsələlər yekunlaşacaq.

- Özün legioner həyatı yaşamaqda qərarlısan?

- Şərtlər ürəyimcə olacaqsa, əlbəttə.

- "Milsami"dən ayrılandan sonra yarım ildən çox futbolsuz qaldın. Yerli klublardan maraqlananlar olmadı?

- İki klubdan təklif gəlmişdi, sadəcə, şərtlərdə razılaşmadıq.

- Bəs hazırda yerli klublardan təklif var?

- Ad açıqlamayacam, təxminən 20 gün əvvəl iki klubdan təklif gəlmişdi. Müqavilə şərtləri və maddi məsələlərdə razılığa gəlmədik.

- Paytaxt, yoxsa bölgə təmsilçiləriydi?

- Hər ikisi.

- Avstriya həyatından danışaq. Oranın qanunlarına, mentallığına uyğunlaşa bilmisən?

- Mənim üçün uyğunlaşma və ya uyğunlaşmama problemi yoxdu (gülür). Təbiəti zəngin ölkədi, çoxlu gəzməli yerləri var. Sanki nağıllar diyarındasan. Bu ölkənin təbiətinə heyranam.

- Avstriyalılarda xoşuna gələn cəhət nədi?

- Biz daha emosional, daim tələskən, qaçaqaçla yaşayan xalqıq. Avstriyalılar isə son dərəcə soyuqqanlı, sakit, hər şeyi planlaşdıran və dəqiq xalqdı.

- Ştadl Paura şəhərində kirayədə, yoxsa oteldə qalırsan?

- Klub mənim üçün ayrıca mənzil tutub.

- Mini-futbol millimiz Avropa çempionu oldu. Bu barədə təəssüratın?

- Komandamızın çempionluğundan qürur duydum. Orda çıxış edən futbolçuların hamsıyla dost-qardaşam. Yığmanın baş məşqçisi Elşad Quliyevlə lap yaxınam. Məni futbola gətirən insanlardandı. Heç kimi gözləmədiyi halda futbol yarışında çempion olmağı bacardıq. Bundan sonra da uğurlarımızın davamının gələcəyinə inanıram. Zəfər yazan milli üzvlərinin hamısına bir-bir zəng edib təbrik etmişdim. Qəzetiniz vasitəsiylə bir daha onları təbrik edirəm.

- Nə vaxtsa böyük futboldan mini-futbola keçidini görə bilərik?

- Açığı, bu haqda düşünməmişəm (gülür).

- Əsas yığmanın uğursuzluqları barədə nə deyə bilərsən?

- Son 4 oyunda millimiz potensialından aşağı çıxış etdi. Komanda 90 dəqiqə eyni tonusda mübarizə apara bilmir. Hər hissədə fərqli oyun nümayiş etdirir. Yer aldığımız qrup "ölüm qrupu" deyil. Hər 3 komanda “dişimizə görədi”, hətta onları üstələyə də bilərdik. Bu gün lider Qazaxıstandan daha səviyyəli heyətə malikik. 4 oyunda millimizdən ən azı 8 xal gözləyirdim. Amma həm potensialımızı tam ortaya qoya bilmədik, həm də bəxtimiz gətirmədi.

- Yığmanın sabiq üzvü kimi, səncə, “sükan arxasında” əcnəbi, yoxsa yerli məşqçi dayanmalıdı?

- Mən problemi məşqçini yerli-əcnəbi olmasında görmürəm. Ən böyük problem çempionatımızın səviyyəsinin aşağı olmasında, klubların sayının azlığındadı. Belə olan halda "Qarabağ"la kəllə-kəlləyə gələn komandalar yoxdu. Rəqabət olmayan çempionatda da nə səviyyə qalxır, nə də futbolçu inkişaf edir. Premyer-liqa ilə 1-ci diviziyon arasında böyük uçurum var. Aşağı liqalar yoxdu. Liqaların sayının artması vacibdi. Gənc futbolçular aşağı liqalarda üzə çıxır. Yerli və əcnəbi seleksiyaçılar Avstiyada mənim çıxış etdiyim regional liqa da daxil, bütün aşağı liqalarda gənc futbolçuları izləyirlər. Ölkə futbolunun, ö cümlədən yığmamızın inkişafını istəyiriksə, qeyd etdiyim problemləri həll etməliyik.

ABDULLA İSMAYILOĞU

Paylaş:
Digər xəbərlər
Aktual
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
Son xəbərlər
  • Dünən, 23:50
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • Dünən, 23:19
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • Dünən, 23:00
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • Dünən, 22:40
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • Dünən, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 20:40
    "Şahdağ Qusar"dan növbəti transfer
  • Dünən, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Dünən, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Dünən, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Dünən, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Dünən, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Dünən, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Dünən, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Dünən, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Dünən, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Dünən, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Dünən, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Dünən, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Dünən, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Dünən, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Dünən, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Dünən, 11:23
    MS-ni tərk edə bilər
  • Dünən, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Dünən, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Dünən, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • 23-07-2026, 23:0
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • 23-07-2026, 23:0
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • 23-07-2026, 22:0
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • 23-07-2026, 22:0
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • 23-07-2026, 22:0
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • 23-07-2026, 21:0
    "Xankəndi"də məşqçi təyinatı
  • 23-07-2026, 20:0
    Almaniyada klubunu dəyişdi
Daha çox
Oxunub: 199
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 194
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 138
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 119
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə