"Qalatasaray" məşhur hücumçunu transfer edir

29.06.2022 19:54 549
Dünya futbolu
Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

"Football-plus.az" İtaliya mətbuatına istinadla xəbər verir ki, İstanbul təmsilçisi "Roma"nın vingeri Stefan Əl Şəraavini transfer edəcək. Artıq tərəflər arasında rəsmi danışıqlar aparılır. 29 yaşlı italiyalı futbolçunun da Super Liqa təmsilçisində çıxış etməyə müsbət yanaşdığı bildirilir.

Şəravinin "Roma" ilə müqaviləsinin müddəti 2023-cü ildə bitəcək.