• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Cavid Hüseynov: “Buna məcbur olduq” - AÇIQLAMA

Aktual / Manşet

28-06-2022, 20:0

“Cəbrayıl” ölkəmizdə keçirilən UEFA Region Kubokunda mübarizəni dayandırdı.

İlk görüşdə Belarus “Kolos”una 1:2 hesabı ilə uduzan Cavid Hüseynovun komandası ikinci oyunda da meydanı məyus tərk etdi – 2:6. Beləliklə, 2 qarşılaşmanın nəticəsinə görə 3:8 hesabı ilə uduzan cəbrayıllılar mübarizəni dayandırdı.

Görəsən, uğursuzluğun səbəbi nədi? “Cəbrayıl” nə üçün doğma meydanda keçirilən turnirdə uğur əldə edə bilmədi? Sualımızı komandanın baş məşqçisi və prezidenti Cavid Hüseynova ünvanladıq. Klub rəsmisi turnirdəki çıxışlarını belə dəyərləndirdi:

“15 gün ərzində yeni heyət yığıldı. Çempion olan komanda deyildi. Əslində heyətimizi bir az da gücləndirsəydik, fərqli nəticələr qeydə alınacaqdı. Lakin Region Kubokunun reqlamenti buna imkan vermədi. UEFA AFFA-dan fərqli sistemdən istifadə edir. Avropanın ali futbol qurumu peşəkar futbolçunun həvəskar klubda çıxışına imkan vermir. Lakin Azərbaycanda buna şərait yaradırlar. Bunun səbəbi də var. Çünki Azərbaycanda liqaların sayı azdı. Premyer-liqa və 1-ci divizion peşəkar çempionatlardı. Burdakı komandaların heyətində yer almayan futbolçular gərək futbolu tərk etsinlər. Bu səbəbdən də Region Liqasında nə zamansa peşəkar klubda iştirak edən oyunçuların belə komandaların heyətində oynamasına icazə verilir. “Cəbrayıl” da belə oyunçulardan qurulmuşdu. Region Kubokunda iştirak etmək üçün heyətimizdə yer alanların 95 faizi ilə vidalaşdıq. Buna məcbur olduq. Qeyd etdiyim səbəbə görə də yeni komanda formalaşdırdıq. Bütün bunlara baxmayaraq, rəqib çox yaxşı komanda idi. Hiss olunurdu ki, uzun illərdi bir yerdədilər. Onların komplektləşmiş komanda olduğu görünürdü. “Kolos”la ilk oyuna biz yaxşı başladıq. Hücumlar qurduq, qol vurduq. Daha sonra 11 metrlik cərimə zərbəsindən yararlana bilmədik. Elə bil həmin gün hər şey üst-üstə gəldi. Qapıçımız da qırmızı vərəqə alıb, oyunu tərk etdi. Bunun nəticəsində matçdan məğlub ayrıldıq. Komandamızın kapitanı İlkinin zədələnməsi də bizə baha başa gəldi. O, ikinci matçda da oynaya bilmədi. Birgünlük fasiləmiz var idi. Həmin vaxt ərzində rəqibi təhlil edə bildik. İkinci görüşdə rəqib hesabı açdı. Buna baxmayaraq, hesabda önə çıxdıq. Bundan sonra da hücum edən tərəf olsaq da, rəqib əks-hücumlarda cəzamızı kəsdi. Ümumilikdə 15 gün ərzində çox yaxşı mübarizə aparan komanda formalaşdırdıq. Normal müdafiəçi tapa bilmədim ki, yarışda iştirak edək. Bu mövqedə yarımmüdafiəçi oynadırdım. Onlar da təcrübəsizliyin qurbanı oldular. Həm gənc idilər, həm də belə yarışlarda ilk dəfə iştirak edirdilər. Bu üzdən həyacanlı idilər. Nə qədər çalışdıq ki, bu stressi futbolçuların üzərindən ataq, amma alınmadı. Əlimizdə 17 futbolçu var idi. Düzdü, 23 oyunçu ilə məşq etmişdik. Amma Şamaxıya gedəndə dedilər ki, cəmi 18 futbolçudan istifadə etmək olar. Təsəvvür edin ki, birinci oyunda qapıçımız qırmızı vərəqə aldı. Ehtiyatda cəmi 1 qolkiper var idi. Ona da nəsə olsaydı, əlavə oyunçumuz olmayacaqdı ki, qapıda dayansın. Bu dediklərimə baxmayaraq, uşaqlar çox yaxşı mübarizə apardılar. Amma bəzən alınmayanda alınmır. Əlimizdə olanlardan maksimum yararlandıq. Amma daha yaxşısı üçün aylar, illər lazımdı”.


Cavid Hüseynov “Xan Lənkəran”ın heyətində “Cəbrayıl”a qarşı keçirilən oyunda penaltini yerinə yetirə bilməyən futbolçunun “Kolos”la matçda 11 metrlik cərimə zərbəsini vurmasına da münasibət bildirdi:

“Bunu mən demişdim. Oyundan əvvəl bildirdim ki, penalti olsa, Aqşin yerinə yetirəcək. Çünki Region Liqasının finalında penalti qaçırmışdı. O, azərbaycanlıdı. Futbolçuya mənəvi dəstək olmaq üçün belə jest etdim. Amma heyf ki, yararlana bilmədi. Bu, futboldu. Belə şeylər tez-tez olur”.


İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

26-06-2022, 20:0

"Cəbrayıl" mübarizəni dayandırdı

Ölkə futbolu

20-05-2022, 19:0

"Allah da bizim tərəfimizdəydi" - Cavid Hüseynov

Dünya futbolu

22-06-2022, 12:0

UEFA Region Kubokunun oyunlarına start verilir - Bakıda və Şamaxıda

Ölkə futbolu / Manşet

24-06-2022, 18:0

"Cəbrayıl" ilk oyunda uduzdu - YENİLƏNİB

Ölkə futbolu

12-05-2022, 22:0

Cavid Hüseynov: “Bu məsələ klub rəhbərliyini, məni düşündürə bilər, futbolçuları yox”

Aktual
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Son xəbərlər
  • Bu gün, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Bu gün, 12:31
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Bu gün, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Bu gün, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Bu gün, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Bu gün, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Bu gün, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Dünən, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Dünən, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Dünən, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Dünən, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Dünən, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Dünən, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Dünən, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 11:33
    Qarsiyaya xələf olacaq
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 149
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 106
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 101
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə