"Cəbrayıl" mübarizəni dayandırdı

26.06.2022 20:55 484
Ölkə futbolu
UEFA Region Kubokunda mübarizə aparan “Cəbrayıl” bu gün ilkin seçmə mərhələnin 2-ci qrupunda növbəti oyununa çıxıb.

"Football-plus.az" saytının məlumatına görə, təmsilçimiz Şamaxı şəhər stadionunda baş tutan matçda Belarusun “Kolos” komandası ilə üz-üzə gəlib. Oyun rəqibin 6:2 hesablı qəlbəsi ilə başa çatıb.

Bu komandalar arasında iyunun 24-də keçirilən ilk görüş 2:1 hesabı ilə Belarus təmsilçisinin xeyrinə yekunlaşıb.

Beləliklə, Azərbaycan təmsilçisi turnirlə vidalaşıb. "Kolos" isə finala yüksəlib. Belarus klubu finalda 1-ci qrupun qalibi ilə üz-üzə gələcək. Bu ya, Gürcüstanın “Basiani”,klubu ya da Estoniya təmsilçisi “Tallinna Zapoos” olacaq.

26 iyun

16.00. “Cəbrayıl” - “Kolos” - 2:6

Qollar: Məhəmməd Xəlilov, 10, Rəşad Həmidov, 30 - Mikalai Hurnoviç, 5, Slarhei Lizunou, 31, 61, 77, Dzianis Simançuk, 72, Mixail Karatkeçiv, 86

Baş hakim: David Smayc (Sloveniya)
Şamaxı şəhər stadionu