Azərbaycan premyer-liqasında işləyən baş məşqçi həm də fermer imiş

28.06.2022 10:30 1 124
Maraqlı / Günün xəbəri
"Neftçi"nin yeni baş məşqçisi Laurentsiu Regekampf ferma sahibi imiş.

"Football-plus.az" xəbər verir ki, bu barədə rumıniyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlama verib.

Təcrübəli məşqçi sağlam qidalanmaq üçün heyvan saxlamaq istəyinin sonradan fermer olmasına şərait yaradıb:

"Birləşmiş Ərəb Əmirliklərində işləyərkən çox yeyirdim. Analiz verdim və mənə sağlam qidalanmalı olduğumu dedilər. Bunu düşünərək ferma tikdirdim. Bundan sonra 94-95 kiloqramadək arıqladım. Əvvəlcə orda cəmi bir neçə toyuq, inək, donuz və qoyun var idi. İndi isə minə yaxın, bəlkə də daha çox heyvan var. Bura çox böyük təsərrüfat və həm də kəsimxanadı".