"Neftçi"də daha 2 yeni məşqçi

22.06.2022 18:31 521
Premyer-liqa
“Neftçi”nin məşqçilər korpusuna yeni təyinatlar olub.

"Football-plus.az" klubun saytına istinadən xəbər verir ki, 42 yaşlı Viorel Dinu köməkçi məşqçi, 34 yaşlı Boqdan-Kornel Merişanu isə fiziki hazırlıq üzrə məşqçi vəzifəsini yerinə yetirəcək. Hər iki mütəxəssislə 2 illik müqaviləyə imza atılıb.

Qapıçılar üzrə məşqçi 53 yaşlı Florin Aleksandru olacaq. Onunla yaxın günlərdə müqavilə bağlanacaq.

Hər üç rumıniyalı mütəxəssis bundan əvvəl də baş məşqçi Laurentsiu Reqekampf ilə birlikdə çalışıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul