• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Şad xəbər! Premyer-liqa klubları "milyonlar içində üzəcək!"

Premyer-liqa / Günün xəbəri

25-06-2022, 12:0

9 ildən sonra premyer-liqaya dönən “Turan Tovuz” əsas heyətlə təlim-məşq toplanışına başlamasa da, baş məşqçi Ayxan Abbasov Bakıda bir həftə boyunca seleksiya xarakterli məşqlər keçməklə yadda qaldı.

“Neftçi”nin Bakıxanov qəsəbəsindəki “Türk Hava Yolları” adlanan bazasında təşkil olunan məşqlərə kimlərin qatıldığını, birhəftəlik seleksiyanın kluba nə verdiyini öyrənmək üçün “boz qurdlar”ın Müşahidə Şurasının sədri Oqtay Abdullayevlə söhbətləşdik.

- Komanda rəsmi təlim-məşq toplanışına başlamasa da, baş məşqçi Bakıda birhəftəlik seleksiya xarakterli məşqlər keçdi. Onun bu addımı nəyə hesablanmışdı və komandaya nə faydası oldu?
- Bəli, komanda hələ toplanışa start verməyib. İndi “Turan Tovuz”un formalaşması mərhələsindəyik. Bildiyiniz kimi, artıq bəzi təcrübəli oyunçularla danışıq aparıb razılıq əldə etmişik. Onlar iyunun 27-də Tovuzda start götürəcək təlim-məşq toplanışına qatılacaqlar. Bakıda keçirilən seleksiya xarakterli həftəlik tsikl isə əsasən gəncləri görmək baxımından əhəmiyyətli idi. Bu mərhələ ötən mövsüm birinci divizionda “Turan Tovuz”un heyətində çıxış edən və həmçinin başqa klublarda olan istedadlı gənclərə yenidən baxmaq, onların premyer-liqada komandaya lazım olub-olmadığını gözdən keçirmək üçün nəzərdə tutulmuşdu. Baş məşqçi iyunun 27-də başlayacaq toplanışa hazır komanda ilə başlamaq istəyir. Fikrimizcə, həmin arada gənclərə vaxt ayırmaq, onlarla ayrıca işləmək bir qədər vaxt tələb edəcəkdi ki, bu olmasın deyə belə addım atmaq məqsədəuyğun sayıldı.

- Axtardığınızı tapa bildiz?
- Bu haqda Ayxan müəllimlə danışsaz, daha yaxşı olar. Aralarında mənim bəyəndiklərim oldu. Ancaq son söz baş məşçqçiyə məxsusdu. O kimi məsləhət bilsə, heyətə cəlb edəcəyik. Səviyyəsi hələ ki elitada oynamağa imkan verməyən tovuzlu yeniyetmə və gənclər əvəzedici komandada çıxış edəcək. Onlarla yolları birdəfəlik ayrımaq fikrimiz yoxdu. Ola bilsin, bir qədər də ikinci komandada çıxış etdikdən sonra əsas komandaya xeyir verə biləcək səviyyəyə çatacaqlar.

- Bu gün bütün klubları narahat edən bir məsələ var ki, o da büdcənin təsdiq olunmamasıdı. Bu yöndə “Turan Tovuz”da vəziyyət necədi?
- O biri klublarda necə, bizdə də elə. Hamı kimi biz də büdcənin təsdiq olunmasını gözləyirik. Ancaq bu o demək deyil ki, əlimizi yanımıza salıb oturmuşuq. Özünüz də qeyd etdiz ki, artıq Bakıda seleksiya xarakterli olsa da, bir həftə məşq keçirilib. İyunun 27-də komanda Tovuzda bir araya gələcək. Söylənilənlərə görə, premyer-liqanın hər bir klubuna dövlət səviyyəsində 3 milyon manat ayrılacaq. Onun 2 milyonu əsas komandaya, 1 milyonu isə uşaq futbolunun inkişafına. Ancaq bu hələ təsdiqini tapmayıb. Buna baxmayaraq, işləyirik. Çalışırıq ki, Tovuzun futbol ənənələrinə uyğun komanda yaradaq, çempionatda yaxşı çıxış edək. Bu işdə rayonun icra başçısına, iş adamlarına da güvənirik. İcra başçısı Məmməd Məmmədov geridə qalan mövsümün son oyununda stadiona təşrif buyurmuşdu. Onunla görüşümüz zamanı “Turan Tovuz”a dəstək olacağını, komandanın problemlərini həll edəcəyini bildirmişdi. Həmin vaxt heç komandanın premyer-liqada çıxış edəcəyi rəsmən açıqlanmamışdı. İnanıram ki, Məmməd müəllim “Turan Tovuz”un uğur qazanması, Tovuzu premyer-liqada layiqincə təmsil etməsi üçün əlindən gələni edəcək. Özü də bizimlə söhbətdə ümumi vəziyyətlə maraqlandı, nəyin çatıb-çatmadığını soruşdu. Bəli, onu da başa düşürəm ki, İcra Hakimiyyəti təkbaşına premyer-liqada komanda saxlamaq iqtidarında deyil. Rayonun futboldan başqa da işləri var. Ancaq Məmməd müəllim bizimlə söhbətdə çox inamlı danışdı ki, bu da bizə əlavə motivasiya verdi.

- Hazırda klubda ab-hava necədi?
- 9 ildən sonra premyer-liqaya qayıldan klubda ab-hava necə olar? Təbii ki, hamı səbirsizliklə yeni mövsümün açılışını gözləyir. Baş məşqçimiz Ayxan Abbasov “Zirə” və “Sumqayıt”da çalışdığı dönəmdə nəyə qadir olduğunu göstərib. Gənc olmasına baxmayaraq, sözünü demiş mütəxəssislərdən sayılır. Klubun icraçı direktoru Nadir Nəbiyev və mən çalışırıq ki, rəqabətədavamlı “Turan Tovuz” formalışdıraq. Nadir müəllim də bu yöndə çox işlər görüb və indi də görməkdədi. İnanıram ki, nəticələri ilə tovuzlu azarkeşləri sevindirəcək komanda yarada biləcəyik.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Yığma

20-04-2022, 18:0

Seleksiya xarakterli oyun keçirildi

Ölkə futbolu

19-06-2022, 17:0

"Turan Tovuz" yeni mövsümün hazırlığına başladı

Ölkə futbolu / Manşet

29-05-2022, 21:0

“Turan Tovuz” premyer-liqaya harda hazırlaşacaq ? – ÖZƏL

Aktual
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
Son xəbərlər
  • Bu gün, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Bu gün, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Bu gün, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Bu gün, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Bu gün, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Bu gün, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Bu gün, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Bu gün, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Bu gün, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Bu gün, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Bu gün, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Bu gün, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Bu gün, 11:54
    Millimiz rekorda imza atdı
  • Bu gün, 11:23
    Hamını arxada qoydu
  • Bu gün, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Bu gün, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Bu gün, 10:00
    Lissabondan Madridə üz tutdu
  • Dünən, 23:54
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 23:23
    Kapitan “gəmini” tərk etməyəcək
  • Dünən, 22:59
    Son çempiondan unikal göstərici
  • Dünən, 22:13
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • Dünən, 22:02
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 21:30
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
  • Dünən, 20:56
    MS yeni qapıçı aldı
  • Dünən, 20:25
    “Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:23
    20 yaşında dünyasını dəyişdi
  • Dünən, 18:52
    "Şəfa"dan yeni transfer
  • Dünən, 18:31
    Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
  • Dünən, 18:00
    Yenidən Fransada işləyəcək
  • Dünən, 17:29
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:58
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 16:27
    Doğma klubuna qayıtdı
  • Dünən, 15:56
    Matçın ən yaxşı oyunçusu seçildi
Daha çox
Oxunub: 212
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 193
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 153
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə