Pilotlar həmin sənəddə sülh prinsipinə və siyasi neytrallığa sadiqliyini göstərməlidi, “rus” ifadəsinin işlədilməsindən söhbət gedə bilməz.
Bütün bu sanksiyaların kökündə Rusiyanın Ukraynaya hərbi təcavüzü faktının dayanmasından xəbərdarsız. FIA hələ martın 1-də Rusiya və Belarus ərazisində yarışların keçirilməsinə qadağa qoyub. Bu ölkələrdən olan idmançılar beynəlxalq yarışlara neytral bayraq altında, milli atributlarsız və himnsiz qatıla bilər. “Formula-1” rəhbərliyi builki Soçi “Qran-pri”sinin keçirilməsi ilə bağlı müqaviləni də ləğv edib. Bundan başqa, “Haas” martın 5-də rusiyalı pilot Nikita Mazepinlə anlaşmanı pozub. Bu isə o deməkdi ki, “Formula-1” yarışlarında ötən mövsüm debüt edən, əfsanəvi Mihael Şumaherin oğlu Miklə eyni komandada yer alan 23 yaşlı rusiyalı 2022 mövsümünün yarışlarında iştirak etməyəcək. Maraqlıdı ki, Daniil Kvyat Beynəlxalq Avtoidman Federasiyasının təklif etdiyi sənədi imzalamaqdan boyun qaçırıb. Bu arada “Haas”ın sahibi Cin Haas Mazepinlə əməkdaşlığa görə komandaya yönələn tənqidlərə reaksiya verib:
“Ukraynadakı vəziyyətlə bağlı hədsiz sərt tənqidlərlə üzləşdik. Bu tənqid dalğası dağıdıcı idi. Biz bu şəkildə əməkdaşlıq edə bilmərik, sponsorlarımız da edə bilməz. “Haas” şirkəti həmişə komandanın əsas sponsoru olub, maşınların üzərində şirkətin loqotipu yer alıb, adamların bizi niyə Rusiya komandası saydığını bilmirəm. Bizdə hər şey yaxşıdı. Əlbəttə, daha çox pul istəyərdik, ancaq bunsuz da vəziyyət qaydasındadı”.
