Final seriyasının 3-cü oyunu “Boston”un inamlı qələbəsi ilə bitdi.
Rəqibin heyətində Stefen Karrinin 31 xal toplaması işə yaramadı. Karri həm də pley-off tarixində finalda top ələkeçirməyə görə 10-cu yerə yüksəldi.
O, bu göstəricidə Robert Horrini (49) arxada qoydu. “Uorriorz”un oyun qurucusunun hesabında 51 top ələkeçirmə var. 9-cu yerdə isə Karrinin həmklubu Dreymond Qrin (52) qərarlaşıb. MBA-nın finalında bu göstərici üzrə rekord Mecik Consona (102) məxsusdu. Fəaliyyətdə olan basketbolçulardan ən yaxşı göstəriciyə hazırda 2-ci olan Lebron Ceyms (93) malikdi.
9 iyun
Boston – Qolden Steyt 116:100 (33:22, 35:34, 25:33, 23:11)
Seriyada hesab – 2:1.