Bu futbolçu “Şamaxı”nı tərk edir - ÖZƏL

22.05.2022 19:31 705
Ölkə futbolu / Manşet
Cari mövsümü 7-ci pillədə tamamlayan “Şamaxı”da ard-arda ayrılıq xəbərləri yayılmaqdı.

Ötən gün etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, “münəccimlər”in qapıçısı Kamal Bayramov klubu tərk edəcək. Görünür hər iki tərəf bu məsələdə həmfikirdi. Premyer-liqanın son turu çərçivəsində baş tutan “Zirə” ilə oyunda da qolkiper matçı tribunadan izlədi. Yaxın günlərdə bu ayrılığın ictimaiyyətə elan olunacağı gözlənilir.

SƏNƏM FƏRHADOVA