• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Fənərbaxça” abunə bilet satışından rekord gəlir əldə etdi

Dünya futbolu

22-06-2022, 21:0

Türkiyə Cümhuriyyətinin yaradılmasının yüzillik yubileyinin qeyd olunacağı 2022/23 mövsümünə çox ciddi hazırlaşan, 8 illik çempionluq həsrətinə son qoymaq istəyən, Jorje Jezuşu baş məşqçi postuna gətirən, eləcə də artıq iki önəmli transfer həyata keçirən ''Fənərbaxça'' ilə bağlı xəbərlər var.

Satışa buraxılan mövsümlük abunə biletə maraq o qədər böyük oldu ki, yeni rekord qeydə alındı. Əvvəlcə iyunun 8-15-i aralığında ötən mövsüm abunə biletə sahib olanlar üçün xüsusi endirimli şərtlərlə yeni biletlər satışa buraxıldı. Daha sonra iyunun 17-də klubun rəsmi üzvləri, eləcə də idarə heyətinin üzvləri üçün biletlər satıldı. İyunun 18-də isə növbə sıravi azarkeşlərə çatdı. Qeyd edək ki, fanatlar abunə biletlərə sahib çıxmaq üçün bütün gecəni satış məntəqələrində keçirdilər. Nəticədə səhər saat 9-da həmin məntəqələrdə izdiham yaşandı. Ən ucuzu 2950 lirə (təxminən 290 manat), ən bahası 21750 lirə (təxminən 2134 manat) olan biletlər satışa buraxılandan cəmi 3 saat sonra tükəndi! Klub rəsmi saytdan fanatlara minnətdarlığını bildirdi. Beləliklə, 50530 azarkeş tutumuna malik olan ''Ülkər'' stadionunda 2022/23 mövsümü üçün ümumilikdə satışa buraxılan 35 mindən çox abunə bilet artıq tükənib. İstanbul nəhəngi bu satışdan rekord məbləğdə - 25 milyon avro gəlir götürdü!

Bu arada İstanbul nəhənginin hazırlıq dönəmi ilə bağlı bəzi detallar da ortaya çıxıb. Hələ ki ''Can Bartu'' bazasında məşqlərini davam etdirən komanda daha sonra bi müddət Topuk Yaylasında hazırlıq keçəcək. ''Sarı-lacivərdlilər'' daha sonra Avstriyaya toplanışa yollanacaqlar. Bu ölkədə baş tutacaq toplanışın dəqiq tarixi bəlli olmasa da, ''Fənər''in Avstriyada keçirəcəyi ilk yoxlama oyunlarının tarixi bəllidi. Komanda iyulun 2-də adı açıqlanmayan Serbiya klubu ilə qarşılaşacaq. İyulun 6-da isə rəqib Yunanıstan təmsilçisi olacaq. Həmin klubun da adı hələ ki bəlli deyil.

Yeri gəlmişkən, hələ də əsas komandadan ayrı olan və yeni mövsümün hazırlığında iştirak etməyən Məsut Özildən də xəbər var. Əslində dünyaca ünlü yarımmüdafiəçi Jezuşun təyinatından sonra vəziyyətin dəyişəcəyinə ümid edirdi. Amma portuqaliyalının da onunla bağlı qərarı qüvvədə saxlaması dünya çempionunu şoka saldı. Komanda tam sürətlə hazırlığı davam etdirdiyi bir vaxtda Məsutun Almaniyada toyda olduğu üzə çıxıb. Belə ki, srağagün o, bacısının toyunda iştirak edib. Onun toyda musiqi sədaları altında əl qaldırıb oynamasının görüntüləri sosial şəbəkələrdə böyük marağa səbəb olub. Fanatların bir çoxunun ''kaş ki meydanda da belə oynayaydı'' yazması diqqəti çəkib. Bundan başqa, Özillə bağlı ən maraqlı xəbər ondan ibarətdi ki, 33 yaşlı futbolçu ''instaqram'' və ''tvitter''də ''Fənərbaxça''nın rəsmi səhifəsini təqibdən çıxarıb! Amma Məsut bu sosial şəbəkələrdə komanda yoldaşlarını, eləcə də ''Fənərbaxça Beko'' və ''Fenerium'' kimi klubun rəsmi səhifələrini izləməkdə davam edir. Bu mövsüm dünyaca ünlü futbolçunun aqibətinin necə olacağı həqiqətən də maraq doğurur. Meneceri Ərkut Söğütün son açıqlamasından belə qənaətə gəlmək olar ki, Özil bundan sonra başqa klubun şərəfini qorumayacaq. O ya fərdi məşq edərək rəhbərlik tərəfindən əfv edilməsini gözləyəcək, ya da karyerasını bitirərək çox maraq göstərdiyi kiberidman sahəsinə atılacaq.

ƏLİ

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

11-06-2022, 20:0

“Trabzonspor” forma satışında da rekord qırdı

Aktual
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
Son xəbərlər
  • Bu gün, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Bu gün, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Bu gün, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • Dünən, 23:24
    Bundan sonra İtaliyada oynayacaq
  • Dünən, 22:41
    Dortmundu tərk etdi
  • Dünən, 22:00
    “Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
  • Dünən, 21:17
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Dünən, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
  • Dünən, 19:45
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 19:16
    ''Beşiktaş''ın sabiq üzvü özünə yeni klub tapdı
  • Dünən, 18:45
    "Şəfa" braziliyalı hücumçu aldı
  • Dünən, 18:13
    “Turan Tovuz” eyforiyadadı?
  • Dünən, 17:34
    “Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
  • Dünən, 17:32
    “Meydanda böyük qarşıdurma olacaq” - İqor Kostyuk
  • Dünən, 17:05
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 16:34
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 16:03
    Litvalıların baş məşqçisi ''Beşiktaş''ı ''Çikaqo Bulls''a bənzətdi
  • Dünən, 15:28
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Dünən, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Dünən, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Dünən, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Dünən, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Dünən, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Dünən, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Dünən, 10:20
    Milandan Turinə yollana bilər
  • Dünən, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Dünən, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • 11-08-2026, 23:0
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • 11-08-2026, 23:0
    "Hapoel" “Sabah”a rəqib oldu
  • 11-08-2026, 23:0
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • 11-08-2026, 22:0
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • 11-08-2026, 22:0
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
Daha çox
Oxunub: 328
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 133
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 107
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə