• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Emil Balayev bəxtsizliyin, yoxsa yanlış seçimin qurbanıdı?

Ölkə futbolu

21-06-2022, 20:0

2014-cü ilin dekabrında Emil Balayev Almaniyanın "Ayntraxt" klubuyla müqavilə bağlayanda çox sevindik.

Düşündük ki, onun adlı-sanlı kluba transferi sayəsində Avropada səviyyəli qapıçımızla öyünəcəyik. Amma böyük ümidlər bəslənilən Emil Almaniyanın 123 yaşlı klubunda 1 rəsmi oyunda belə şans qazanmadan vətənə qayıtdı və bir müddət klubsuz qaldı. Gənc qapıçını "Qarabağ" himayəsinə götürsə də, şans qazanmadı. Nəhayət, 2017-ci ildə Emil "Səbail"ə keçdi. "Dənizçilər"in heyətində özünü yaxşı tərəfdən göstərə bildi. Burda keçirdiyi 2 il ərzində 38 oyunda meydana çıxaraq, qapısında 42 qol gördü.

2019-cu ildə Emil yenidən legioner həyatı yaşamaq qərarına gəldi və Qazaxıstan "Tobol"una transfer olundu. Adı çəkilən komandada uğurlu mövsüm keçirdi, hətta 736 dəqiqə qapısını toxunulmaz saxlamaqla Qazaxıstan çempionatı tarixinə ən uzun “quru” seriyaya malik 5-ci qapıçı kimi düşdü. Lakin 2020-də Vardan Minasyanın "Tobol"un “sükanı arxasına” keçməsiylə Emilin legioner həyatı dalana dirəndi. Qolkiper erməni məşqçinin rəhbərliyi altında oynamağı özünə sığışdırmayaraq klubdan ayrılıb, "Zirə"yə keçdi. Qapıçı burda da uğursuzluğa düçar oldu. Belə ki, o, "qartallar"ın heyətində cəmi 1 oyunda şans qazandı. Koronavirus pandemiyasına görə ölkə çempionatı yarımçıq qaldı. Yeni mövsümdə "Qarabağ"a keçən Emil burda da özünü doğrulda bilmədi. Əlcək sahibi "köhlən atlar"ın heyətində rəqabətdə uduzdu. 2 ilə yaxın Ağdam təmsilçisinin heyətində keçirən Emil 19 oyunda şans qazanıb, qapısından 12 top buraxdı. 2022-nin martında Qazaxıstan "Turan"ı ilə anlaşan qolkiper yola saldığımız 5 ay ərzində cəmi 1 oyunda şans qazandı. İndi isə onun adı çəkilən klubdan ayrılacağı, 3-cü dəfə legioner həyatında burulğana düşəcəyi deyilir.

Bütün bu sadalananlardan sonra ortaya sual çıxır: Emil Balayev Qazaxıstana çempionatına 1 oyun keçirmək üçün yollanmışdı? Çoxları buna "Emil yaxşı qapıçıdı, sadəcə, yenə bəxti gətirmədi" cavabı verir. Məşhur bir deyim var: "Bir oğru səni ilk dəfə soyursa, bu onun günahıdı. Səndən ikinci dəfə nəsə oğurlayırsa, bu artıq sənin günahındı". Karyerasında ardıcıl uğursuzsuqlar yaşayan Emil niyə bundan dərs çıxarmadı? Cəmi 1 oyun meydanda gəzişmək və ya protokola düşmək üçün legioner həyatı yaşamaq belə vacib idi? Həqiqətən legioner həyatı yaşamaqda qərarlıydısa, Belarus, Finlandiya, Türkiyənin 1-ci liqası, Albaniya, Şimali Makedoniya, Xorvatiya, Serbiya, Baltikyanı və sair ölkələrin çempionatlarında uğurlu mövsüm keçirib, sonra daha səviyyəli liqalara keçmək prinsipi üzərində dayanmaq olmazdı? Ölkə xaricində özünü doğrulda bilməyəcəkdinsə, premyer-liqada "Şamaxı", "Kəpəz", "Turan", "Səbail" kimi komandalar sənin xidmətində maraqlıydı və onlardan birinin heyətində rahat "1 nömrə"yə çevrilə biləcəyin halda, niyə özünü dağa-daşa salıb Qazaxıstana yollandın? Həm ümidlərin puç oldu, həm də qızıl vaxtını itirdin. Pol Skoulz deyir: "Ünvanıma tərif səsləndirilməsini sevmirəm. Tənqidlər eşitməyə üstünlük verirəm və onların əksini göstəməkdə maraqlıyam". Oliver Kan vurğulayır: "Qapıçı təxminən 30, daha dəqiqi, 32 yaşında tam formalaşır. Bundan tez mümkün deyil”.

Emil Balayevlə bağlı hadisələrin axarı göstərir ki, 28 yaşlı qapıçı tənqidlərdən nəticə çıxarmır. Belə olan halda isə 30-32 yaşında o, tam formalaşmaq əvəzinə karyerasını bitirəcək.

Yeri gəlmişkən...

Həftəsonu Qazaxıstan premyer-liqasında 14-cü turun oyunları keçirilib. Emil Balayevin şərəfini qoruduğu “Turan” doğma meydanda “Akjayık”la heç-heçə edib – 1:1. Millinin qapıçısı sona qədər ehtiyatda qalıb. Hesabında 12 xal olan “Turan” 14 komanda arasında 12-ci pillədə qərarlaşıb.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

2-05-2022, 10:0

"Emil Balayev peşəkardı" - Qazaxıstanlı baş məşqçi

Dünya futbolu

14-05-2022, 20:0

Emil Balayev Qazaxıstanda debüt etdi

Aktual
Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
“Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
“Cəbrayıl” hələ satılmayıb
Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
“Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
"Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
Son xəbərlər
  • Bu gün, 13:01
    Final matçına dövlət başçısı da baxacaq
  • Bu gün, 12:28
    DÇ-2026-da hamını qabaqlayır
  • Bu gün, 12:00
    Əvvəlki klubuna qayıdacaq
  • Bu gün, 11:27
    Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
  • Bu gün, 11:14
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Bu gün, 10:47
    Güləşçimiz Budapeştdə "bürünc" qazandı
  • Bu gün, 10:00
    “İmişli”dən ayrıldı, "Səbail"ə keçdi
  • Dünən, 23:59
    “Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
  • Dünən, 23:30
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 23:11
    Mundialı antirekordçu kimi tərk edib
  • Dünən, 22:40
    "Qarabağ" - ÇSKA matçı üçün biletlər satışa çıxır
  • Dünən, 22:17
    "Sumqayıt"dan "Şamaxı"ya keçdi
  • Dünən, 21:48
    Bir neçə ay futbolsuz qala bilər
  • Dünən, 21:18
    “Cəbrayıl” hələ satılmayıb
  • Dünən, 20:33
    MY-də yeni qapıçı
  • Dünən, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Dünən, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Dünən, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Dünən, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Dünən, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Dünən, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
  • Dünən, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
  • Dünən, 16:35
    Hamıdan yaxşı o oldu
  • Dünən, 16:04
    Baş məşqçi kimi yığmaya qayıtdı - DÇ-nin İSTEFASI
  • Dünən, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
  • Dünən, 15:22
    Premyer-liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 14:36
    Gözlənilən təyinat rəsmən açıqlandı - DÇ-nin TƏYİNATI
  • Dünən, 14:14
    "Sabah" - KuPS matçını polşalı hakim idarə edəcək
  • Dünən, 13:49
    “Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
  • Dünən, 13:23
    “Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
  • Dünən, 12:54
    “Oley Oley” kampaniyasında ilk avtomobilin sahibi bəlli oldu
  • Dünən, 12:36
    Millimiz Bakıda yoldaşlıq görüşü keçirəcək - rəqib bəllidi
  • Dünən, 12:08
    ''Yeni mövsüm böyük bir meydan oxumaq olacaq'' - Ake ''Fənərbaxça''da ilk günlərin təəssüratını bölüşdü
  • Dünən, 11:35
    Tiav vəzifəsindən azad olundu - DÇ-nin İSTEFASI
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə