“Dinamo”da növbəti əcnəbi məşqçi

21.06.2022 14:10 373
Dünya futbolu
Moskva “Dinamo”sunun yeni baş məşqçisi müəyyənləşib.

Rusiya klubunun saytının xəbərinə görə, bu vəzifəyə Slavişa Yokanoviç təyin olunub.

Onunla “1+2 il” sxemi üzrə müqavilə imzalanıb. Serb mütəxəssis bir neçə gün əvvəl “Herta”ya keçən almaniyalı Sandro Şvartsın yerini tutub.

Qeyd edək ki, Yokanoviçin sonuncu iş yeri 2021-ci ilin noyabrında istefaya göndərildiyi “Şeffild Yunayted” olub.