Gözlənildiyi kimi, Sandro Şvarts “Dinamo”nu tərk edib.
Alman mütəxəssis Rusiya kubokunun finalında “Spartak”a məğlubiyyətdən (1:2) sonra Moskva klubu ilə müqaviləni qarşılıqlı razılaşma əsasında pozduğunu bildirib. Şvarts “Dinamo”nu 2020-ci ildən çalışdırırdı. Komanda premyer-liqanın son mövsümünü 3-cü yerdə başa vurub.
Son günlər Şvartsın növbəti mövsümdən “Herta”nı çalışdıracağı haqda xəbərlər yayılır. 43 yaşlı məşqçinin Berlin klubunda Feliks Maqata xələf olacağı qeyd edilir.
Rusiya klubu ilə müqaviləsini pozdu
Dünya futbolu