"Qarabağ"ın ÇL-dəki rəqibi bilindi - YENİLƏNDİ

14.06.2022 14:17 697
Ölkə futbolu / Çempionlar Liqası
Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

"Football-plus.az" xəbər verir ki, püşkatma zamanı təmsilçimiz "Qarabağ"ın da rəqibi müəyyənləşib. “Səpələnmişlər" səbətində olan Azərbaycan çempionunun rəqibi “səpəIənməmişlər” səbətində yer alan "Lex" (Polşa) olub.

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları 5/6 və 12/13 iyulda keçiriləcək.