Qazaxıstan Slovakiyanı məğlub etdi

13.06.2022 20:22 472
Dünya futbolu
Azərbaycan millisinin UEFA Millətlər Liqasında C Liqasının 3-cü qrupundakı rəqiblərindən Qazaxıstan və Slovakiya milliləri üz-üzə gəlib.

"Football-plus.az" xəbər verir ki, oyun qazaxların qələbəsiylə başa çatıb - 2:1.

Qazaxıstan xallarının sayını 10-a çatdıraraq liderliyini möhkəmləndirib. Slovakiya 6 xalla ikincidir. Belarusun 2, millimizin 1 xalı var.

Azərbaycan bu gün Belarusla qarşılaşacaq.