Avropa çempionları vətənə döndü

13.06.2022 10:00 596
Maraqlı
Mini-futbol üzrə Avropa çempionu olan Azərbaycan millisi turnirin keçirildiyi Slovakiyanın Koşitse şəhərindən Bakıya qayıdıb.

"Football-plus.az" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında futbolçuları idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları, jurnalistlər və minifutbolsevərlər qarşılayıblar.

Azərbaycan yığması Avropa çempionatının finalında Rumıniyanı 1:0 hesabıyla məğlub edərək tarixində ilk dəfə qitə çempionu olub.