Avropa çempionatında iştirak edən komandamız vətənə qayıtdı

3.05.2022 12:20 575
İdman
Kişilərdən ibarət cüdo üzrə milli komandamız bu gün Avropa çempionatının keçirildiyi Bolqarıstandan qayıdıb.

"Football-plus.az" saytının məlumatına görə, Heydər Əliyev adına beynəlxalq hava limanında cüdoçularımızı mətbuat və federasiya nümayəndələri, Gənclər və İdman nazirliyinin əməkdaşları və digər şəxslər coşqu ilə qarşılayıblar.

Cüdoçularımız Avropa çempionatda 1-i qızıl, 2-i bürünc olmaqla 3 medal qazanıblar.