2021/22 mövsümündə Qərb konfransında 11-ci yeri tutmaqla pley-offdan kənarda qalan “Leykers” yeni baş məşqçi ilə anlaşdığını elan edib.
"Football-plus.az" xəbər verir ki, “gölməçəsevərlər” bundan sonra Darvin Hemin rəhbərliyi altında oynayacaq. Frenk Vogelin uğursuzluq üzündən boşaltdığı postu tutan Hem “Leykers” tarixinə 28-ci baş məşqçi kimi düşdü. 48 yaşlı mütəxəssis əvvəllər heç vaxt MBA-da baş məşqçi olmayıb. 2011-13 aralığında elə “Leykers”də köməkçi məşqçki kimi çalışıb, 2018-dən bəri “Miluoki”də Mayk Budenholtserə yardım edib.
Dünən final seriyasının 2-ci oyunu keçirildi. Bu dəfə “Qolden Steyt” qələbə qazandı və seriyada hesabı bərabərləşdirdi. “Uorriorz”un qələbəsində 29 xal toplayan Stefen Karrinin payı böyükdü.