Mini-futbol millimiz qələbə qazandı

7.06.2022 14:05 572
Ölkə futbolu
Mini-futbol üzrə milli komandamız bu gün qrupda növbəti oyununu keçirib.

"Football-plus.az" saytının məlumatına görə, yığma Albaniya ilə üz-üzə gəlib və matçdan 1:0 hesablı qalibiyyətlə ayrılıb.

Yeganə qolu matçın sona çatmasına 2 dəqiqə qalmış Mirmehdi Rzayev vurub. Bu qələbə sayəsində millimiz növbəti mərhələyə vəsiqə qazanıb.