Ukraynalı futbolçu ÇL-in qalibi sayılmadı

2.06.2022 20:42 476
Dünya futbolu
Andrey Lunin komandasının Çempionlar Liqasındakı uğuruna çox da sevinə bilməyib.

UEFA “Real”ın qapıçısını yenicə başa çatan mövsümün qalibləri sırasında göstərməyib. Bu isə səbəbsiz deyil. Məsələ ondadı ki, qitə futbol təşkilatı mövsüm ərzində 1 dəqiqə belə meydanda olmayan oyunçunu turnirin iştirakçısı hesab etmir. Lunin isə mövsümboyu ehtiyat oyunçular skamyasında şansını gözləməklə məşğul olub.