"Herta"nın yeni baş məşqçisinin adına aydınlıq gəlib.
"Football-plus.az" saytının məlumatına görə, bu haqda Berlin təmsilçisinin rəsmi saytı xəbər yayıb. Baş məşqçi postuna Sandro Şvarts təyin edilib. Alman mütəxəssislə 2 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, Şvarts ötən mövsüm Moskva "Dinamo"sunu çalışdırıb.