"Sabah" futbolçularının uşaqlıq arzuları - FOTOLAR

1.06.2022 10:49 448
Premyer-liqa
Bu gün 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdü.

"Football-plus.az" xəbər verir ki, "Sabah" rəsmi "feysbuk" hesabında bununla bağlı maraqlı paylaşım edib. Paytaxt klubu bəzi oyunçularının uşaqlıq arzularını izləyicilərinə təqdim edib:

"Hər kəsin bir uşaqlıq uşaqlıq arzusu olur. Mikels yanğınsöndürən olmaq istəyirdi. O, yanğınsöndürən ola bilməsə də, qol alovumuzu söndürməyi bacarır. Elvin həkim ola bilməsə də, ən çətin anlarda komandamızı xilas edir. ️Amin hərbçi ola bilməsə də, müdafiəmizin keşiyində dayanır.
Aleksey səyyah ola bilməsə də, qol vurmağın yollarını kəşf etməyi bacarır".