Belarus - Azərbaycan matçının hakimləri bilindi

3.06.2022 13:02 492
Yığma
Azərbaycan millisinin Millətlər Liqasının qrup mərhələsinin ikinci turunda Belarusa qarşı keçirəcəyi matçın hakim təyinatları açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, oyunu İsveçdən olan hakimlər briqadası idarə edəcək. Baş hakim Məhəmməd Əl-Hakimə Fredrik Kliver və Markus Lundqren Klitte kömək edəcək. Dördüncü hakim funksiyasını Qranit Magedonçi yerinə yetirəcək.

Millimiz mayın 6-da Serbiyanın Novi Sad şəhərində Belarusun qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 22.45-də başlayacaq.