Məmmədyarov və Rəcəbov yeni turnirdə ilk görüşlərinə çıxacaq

31.05.2022 10:09 464
İdman
Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərindəki "Norway Chess" turnirinin əsas mərhələsində ilk görüşlərini keçirəcək.

"Football-plus.az" xəbər verir ki, Məmmədyarov I turda norveçli Aryan Tari ilə ağ, Rəcəbov ABŞ-ı təmsil edən Uesli So ilə qara fiqurlarla oynayacaq.

İyunun 10-da başa çatacaq turnirin mükafat fondu 451 min manatdı.