Ermənistanın paytaxtı İrəvanda keçirilən kişilər arasında boks üzrə Avropa Çempionatında Gürcüstanı təmsil edən Azərbaycan əsilli Sahil Allahverdiyev qızıl medal qazanıb.
"Football-plus.az" xəbər verir ki, o, 48 kq çəki dərəcəsində bu uğura nail olub.
Qeyd edək ki, S.Allehverdiyev görüşlərindən birində Ermənistan təmsilçisi Bareqam Harutyunyanın üzərində tam üstünlüklə qələbə qazanmışdı - 5:0.