"Football-plus.az" xəbər verir ki, 54 kq çəki dərəcəsində mübarizə aparan soydaşımız Canik Sahakyanla döyüşdəki uğurunu Ukraynaya həsr edib.
İdmançı bununla bağlı fikirlərini şəxsi "instaqram" hesabındakı izləyiciləri ilə bölüşüb:
“Bu gün mayın 24-də Rusiya Federasiyasının Ukraynaya tammiqyaslı hücumundan 3 ay ötür. Mən boks üzrə Avropa çempionatında debüt etdim və qələbə qazandım. Bu qalibiyyət onunla əlamətdardı ki, Ukrayna dövlətçiliyinin yenilməzliyini göstərir. Qələbəni Ukraynaya və qəhrəman şəhər Nikolayevə həsr edirəm”.


